​Türkiyə ən böyük gücdür - Vuçiç

Baxış sayı:
4930

Biriləri ölkəmizin Balkanlardakı fəaliyyətindən narahatdır. Meyvə verən ağacı daşlayırlar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya lideri Aleksandr Vuçiçlə keçirdiyi mətbuat konfransında deyib.
Vuçiç də öz növbəsində mətbuat konfransında Türkiyənin Balkanlarda ən böyük güc olduğunu bildirib: "15 iyul qiyamını qınadıq. Məclisə hücum edildiyinə inanmadıq. Şəhid olanlar üçün əklil qoyduq. Biz öz gələcəklərini müəyyən edən ölkələrin yanında olacağıq. Ölkənin yüksəlməsi üçün Ərdoğanın çox böyük töhfəsi var. Heç bir investor ora gəlmək istəmirdi, cənab Prezident Ərdoğanın gəlməsindən sonra vəziyyət dəyişdi".