Türkiyə Münbiçə də ƏMƏLİYYAT PLANLAŞDIRIR

Baxış sayı:
2179

TSQ və ASO, “Fərat Qalxanı” Hərəkatında İŞİD-dən alınan Əl Babın şərqindəki Şaale kəndini terror təşkilatı PKK/PYD-dən təmizləyib. Türkiyə, PKK-lı terroristlərin çəkilmədiyi təqdirdə Fəratın qərbindəki Münbicə də əməliyyat keçirməyi planlaşdırır.
 
Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusundan (ASO) ibarət olan “Zeytun Budağı” birlikləri, Afrinin nəzarətinin ələ keçirilməsindən sonra, bu gün rayonun şərqində hücum əməliyyatına başlayıb.
ASO-ya yaxın sosial media hesabları, TSQ-nin dəstəklədiyi ASO qoşunlarının Əl Babın qərbindəki Şaale kəndini ələ keçirdiyini bildirib.
“Fərat Qalxanı” Hərəkatında terror təşkilatı İŞİD-dən alınan Əl Babdan “Zeytun Budağı” Hərəkatının həyata keçirildiyi bölgəyə yönəlik bu əməliyyat, Afrindən qaçan terrorçuların bir qisminin sığındığı Tel Rifat bölgəsinə qarşı yeni bir əməliyyatın keçiriləcəyi siqnalını verdi.
Müxalifət.az