Türkiyə Merkelin sözlərini boş buraxmadı

 
Almaniyanın və Avropanın əsas və təcili problemlərinin heçə sayılaraq Türkiyə-Ərdoğana hücumların edilməsi qoca qitədə üfüqi daralmanın göstəricisidir.
 
Bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Tvitter hesabında yazıb.
“Almaniyada hansı partiyanın qalib olacağının bir önəmi yoxdur artıq. Çünki hansı zehniyyətin qalib olacağı artıq bəlli olur. Merkel və Şultsun debat boyu irqçilik və antisemintizmə heç toxunmaması alman siyasətinin gəldiyi nöqtəni göstərir”, - sözçü vurğulayıb.
Qeyd edək ki, başnazirliyə namizəd Martin Şults və Angela Merkel siyasi debat zamanı Türkiyə hökuməti əleyhinə tənqidi fikirlər səsləndirmişdi.