Türkiyə əleyhinə qapı-qapı gəzən PKK-nın xəyal qırıqlığı

Baxış sayı:
2857

İraqda Sincarın Sinun qəsəbəsində Türkiyə əleyhində nümayiş təşkil etmək üçün qapı-qapı gəzərək adam toplamağa çalışan terror təşkilatı PKK, zorla  30 adam toplaya bilib.
 
İraqda Yezidi Demokrat Partiyasının baş katibi Heydər Şeşo terror təşkilatı PKK-nın Mosulun Sincar rayonunda Türkiyə əleyhinəı nümayiş təşkil etmək istədiyini, ancaq adam toplaya bilmədiyini söyləyib.
Seso, Türk Silahlı Qüvvələrinin (TSQ) Sincar'daki PKK hədəflərinə dünən təşkil etdiyi hava hücumundan sonra bölgədəki vəziyyətə dair açıqlamalar verib.
Terror təşkilatının Sincarın mərkəzi və Sinun qəsəbəsində Türkiyə əleyhinə etiraz nümayişi təşkil etmək üçün qapı-qapı gəzərək adam toplamağa çalışdığını deyən Şeşo, ancaq Yezidilərin PKK-ya məsafəli dayanması səbəbiylə bu nümayişin hələ gerçəkləşmədiyini bildirib.
 
"PKK bizim rayonumuzu təcili tərk etməlidir"
 
Sincar'daki hədəflərin Türk döyüş təyyarələri tərəfindən vurulmasının əsas səbəbkarının PKK olduğunu vurğulayan Şeşo, bunları söyləyib:
" Sincardakı düşərgələrini boşaldıb, bölgədən çıxıb getsinlər. Sincarın bombalanmasının əsl səbəbkarı PKK-nın özüdür. Buna görə, PKK-ya qarşı olduğumuzu açıq bir şəkildə ifadə edirik. PKK dərhal rayonumuzu tərk etməlidir."
Müxalifət.az