Türkiyə əleyhinə qalmaqal layihə ABŞ Konqresinə təqdim olundu

Baxış sayı:
8428

 Türkiyədəki məhbus ABŞ vətəndaşları və ABŞ diplomatik missiyalarında çalışan Türklərin həbsindən narahat olan ABŞ-lı iki senator qalmaqal bir layihə hazırlayaraq ABŞ Konqresində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası olaraq da bilinən Helsinki Komissiyasına təqdim edib.
 
Qalmaqal layihə Türkiyədəki yüksək səviyyəli rəsmilərə sanksiyaları ehtiva edir.
Birbaşa Türkiyənin daxili işlərini hədəf alan qalmaqal layihədə, eyni zamanda, ABŞ prezidenti Trampa da müraciət edilib.
Türkiyəli yüksək səviyyəli rəsmilərə sanksiya tətbiq olunmasını ehtiva edən qalmaqal layihəyə imza atan senator Ben Cardın verdiyi bəyanatda, eyni zamanda Türkiyəni təhdid edərək, "Layihəmiz Türkiyənin bu işlərdə illərlə inadkarlıq etməsinə ABŞ-ın tolerantlıq göstərməyəcəyini açıq şəkildə ortaya qoyur" deyib.
Qeyd edək ki, ABŞ-lı keşiş-casus Endryu Brunsonın həbs olunması iki ölkə arasında gərginliyə səbəb olmuş və oktyabr ayında keşiş Brunson məhkəmə qərarı ilə sərbəst buraxılmışdı.
Müxalifət.az