​Türkiyə kürd lideri azadlığa buraxır?

Baxış sayı:
5392

Türkiyənin kürdyönümlü Xalqların Demokratik Partiyasının (XDQ) rəhbəri Səlahəddin Dəmirdaşın vəkili Mahsuni Karaman müdafiə etdiyi şəxsin həbs müddətinin bitdiyini bildirərək onun sərbəst buraxılmasını tələb edib.
Muxalifet.az xəbər verir ki, vəkil Dəmirdaşın ittiham edilən maddə üzrə 1 il həbsdə saxlanıla biləcəyini və bu müddətin çoxdan bitdiyini deyib.
“İstisna hallarda ittiham edilən maddə üzrə həbs müddəti 1 ildən 1 il 6 aya qədər uzadıla bilər. Əlavə müddətin də artıq 5 ayı tamamlanıb”, - deyə Karaman bildirib.
Qeyd edək ki, S.Dəmirdaş “Cinayətə sövq etmə”, “Terror qruplaşmalarına dəstək” maddələri ilə 2016-cı ilin 4 noyabrında həbs edilib.