Türkiyə koronavirusa görə 2 milyon insana təzminat ödəyəcək

Baxış sayı:
1774

Türkiyə koronavirusa qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar 2 milyon insana 1000 lirə nağd təzminat ödəyəcək.

Bu barədə Ailə, Çalışma və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq açıqlama verib.

O bildirib ki, təzminat martın sonuna kimi vətəndaşlara ödəniləcək: “Bunun üçün vətəndaşların harasa müraciət etməsinə ehtiyac yoxdur. Ehtiyac sahibi insanlar bu paketdən yararlanacaq”./Qafqazinfo