​TÜRKİYƏ İRAQIN ŞİMALINDA ƏMƏLİYYAT KEÇİRDİ

Baxış sayı:
2548

Muxalifət.az xəbər verir ki, İraqın şimalındakı Zap və Hakurk rayonları ilə Türkiyənin Şırnak vilayəti arasında keçirilən hava əməliyyatları nəticəsində 7 nəfər terrorçu zərərsizləşdirilib.
Türkiyənin Baş Qərargahından verilən açıqlamaya görə, Hava Qüvvələri Komandanlığının hərbi təyyarələri aprelin 9-10-da keçirdikləri əməliyyat nəticəsində terrorçulara məxsus 4 ədəd hədəf məhv edilib./Hurriyyet.org