​Türkiyə İraq rəsmisini XİN-ə çağırdı – Səbəb

Baxış sayı:
4360

İraqın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
“Müvəqqəti işlər vəkilinə deyildi ki, Türkiyənin PKK-ya qarşı əməliyyatlarında mülki əhalinin ölməsi haqda yaydıqları açıqlama qəbuledilməzdir”, - məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, türk ordusu terrorçulara qarşı əməliyyatları davam etdirəcək.