​Türkiyə ilə sərhəddə TIR növbəsi 15 kilometrə qədər uzandı

Baxış sayı:
5644

Türkiyə ilə Bolqarıstan sərhədində uzunluğu 15 kilometrə qədər olan TIR tıxacı yaşanır.
Muxalifet.az xəbər verir ki, rəsmilər Ədirnədə yerləşən Qapıqala Sərhəd Məntəqəsində TIR-ların uzun növbələr təşkil etməsinin səbəbini onların eyni anda sərhəddən keçmək istəmələri ilə əlaqələndirir.
TIR sürücüləri isə ötən gündən növbənin davam etdiyini, hansı səbəbdən gözlədiklərini bilmədiklərini qeyd ediblər.