​Türkiyə ilə sərhəddə güclü partlayış: 39 ölü, çoxsayda yaralı var

Baxış sayı:
4519

Suriyada təhlükəsizlik bölgə elan edilən İdlibin Sermada qəsəbəsində partlayış səbəbindən 39 nəfər ölüb, 45 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, hadisənin baş verdiyi qəsəbə Türkiyə ilə sərhəd bölgədə yerləşir.
Partlayış gecə saat 4 radələrində baş verib. Nəticədə 6 mərtəbəli iki bina çöküb.
Suriya İnsan Haqları Təşkilatı partlayışın silah anbarında baş verdiyini, ölənlərin 12-nin uşaq olduğunu açıqlayıb.
Qeyd edək ki, son günlər Bəşər Əsədə bağlı hava qüvvələri İdlibə hava zərbələri endirir.