Türkiyə ilə Rusiya arasında yeni “İdlib” anlaşması

Baxış sayı:
4861

Türkiyənin milli müdafiə naziri Hulusi Akar “İdlib üçün Rusiyayla yeni bir anlaşma əldə etdik. Rusiya İdlibdə TSQ-nin xaricində patrul-keşik xidməti yerinə yetirəcək.

Hulusi Akarın açıqlamasından sətir başları:
-"İdlib üçün 3-4 mart tarixlərində Rusiya ilə yeni bir anlaşma əldə etdik. İdlibin içində TSQ-nin xaricində Rusiya patrul xidməti yerinə yetirəcək”
-"İdlib və Afrin hava məkanının istifadəsi ilə bağlı bəzi təhdidlər vardı, bu gündən etibarən qalxdı”.
-"Türk Silahlı Qüvvələri İŞİD-ın ən çox terrorçusunu, yəni 3 min nəfərini öldürən yeganə silahlı qüvvələrdir".
-"Bizim tək hədəfimiz Marksist, Leninist YPG terrorçularıdır".
-"Suriyadakı təmizlənmiş bölgələrdə oranın insanları gəlib yerləşəcəklər".
-"Biz bütün hazırlıqlarımızı etdik, Suriya məsələsini sülh yolu ilə həll etməyə çalışırıq, heç bir razılaşma əldə olunmasa, öz göbəyimizi özümüz kəsəcəyik".
-"YPG, PKK, İŞİD, FETÖ, Əl-QAİDƏ kimi terrorçulara qarşıyıq”.
Müxalifət.az