​Türkiyə ilə Fransa uzaq məsafəli raketlərin alınması barədə saziş imzaladı

Baxış sayı:
5389

Türkiyə ilə Fransa arasında uzaq məsafəli raketlərin alqı-satqısı barədə saziş imzalanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Verilən məlumata görə, imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya səfəri çərçivəsində baş tutub.
Saziş “Aster-30 Block 1 NT” uzaq məsafəli raketlərin alqı-satqısını nəzərdə tutur. Sənədə əsasən Türkiyə-Fransa və İtaliya NATO ölkəsinin birgə raket proqramı 2020-ci ilin ortalarında hazır olacaq.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fransaya səfər edib və həmkarı Emmanuel Makron ilə görüşüb.