Türkiyə “İdlib” müharibəsinə hazırdır! HƏR KƏSƏ MİSLİ İLƏ QARŞILIQ VERİLƏCƏK

Baxış sayı:
2092

Türkiyə, İdlib problemini masada həll etmək üçün çox istiqamətli diplomatiya yürüdürkən, prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin bu ay ikinci dəfə bir araya gəlir. 17 sentyabrda Soçidə baş tutacaq görüşdə, Əsəd rejiminin İdlibə hücumlarının dayandırılması ilə yanaşı, terrorla mübarizədə birgə səylər da nəzərdən keçiriləcək.
 
ÇƏKİNDİRİCİ TƏDBİRLƏR
 
Türkiyə, problem üçün masada işlərini sürətləndirərkən digər tərəfdən də İdlibdə mümkün bütün şərtlərə qarşı hazırlıqlarını tamamlayıb. İdlibdə qurulan 12 müşahidə nöqtəsinin təhlükəsizliyini möhkəmləndirən tədbirlər görülüb. Monitorinq nöqtələrindəki qüvvələr, dəstək personal, dəstək silahlar, zirehli vasitələrlə yardım edilib. Ehtimal olunan hücumlara qarşı fiziki əmniyyət gücləndirilib, yaxşı təhlükəsizlik binalarla və beton bloklarla hərbi məqamlar mühafizə olunub. Sialh-sursat və tankların da müşahidə nöqtələrinə sövq edilməsi vasitəsilə Əsəd qüvvələrinə qarşı caydırıcılıq təmin olunub.
 
MİSLİ İLƏ QARŞILIQ VERİLƏCƏK
 
Türkiyə əgər sahədə vəziyyət ağırlaşarsa, təhdidlər artarsa, müşahidə nöqtələri üçün angajman məsafələri qoyaraq misli ilə qarşılıq vermək planlarını da hazırlayıb. Müşahidə məntəqələrinə göndərilən tanklar və toplar, mümkün hücum olduğu təqdirdə təcavüzün gəldiyi hədəfə harası olursa, olsun misli ilə qarşılıq verəcək.
 
NÖQTƏ ƏMƏLİYYAT ÜÇÜN ÇALIŞMA
 
Təhlükəsizlik qaynaqları, meydançadakı bütün şərtlərə qarşı tədbirlərin görüldüyünü, həll üçün səylərin davam etdiyini qeyd edirlər: "Gutada və ya oxşar yerlərdəki kimi intensiv hücum gözləmirik". Hazırda Türkiyə, meydançada mülayim müxaliflərlə əməkdaşlıq edərək və müxaliflərə silah dəstəyi ilə gücləndirərək radikal qruplara təzyiq edir, gərgin kəşfiyyat işlərlə mümkün təxribatlara qarşı tədbir görür. Bu istiqamətdə də meydançada kəşfiyyat və hərbi işlər sürətləndirilmiş və silah yerə qoymaq istəməyən terrorçu qruplara qarşı lazım olduqda nöqtə əməliyyat aparılması üçün də hazırlıqlar görülüb.
 
MÖHKƏMLƏTMƏ DAVAM EDİR
 
TSQ tərəfindən Suriya sərhədindəki birliklərə kömək məqsədli göndərilən qısa lüləli top, tank, xüsusi təyinatlı komandolar və hərbi vasitələr, Hatay vilayətinin Reyhanlı rayonuna çatıb. Digər hərbi daşımalar da təhlükəsizlik tədbirləri altında Reyhanlı rayonuna gəlib. Hərbi vasitələr, daha sonra Reyhanlı sərhəd xəttinə sövq edilib. Təhlükəsizlik tədbirləri altında irəliləyən hərbi vasitələrin, sərhəddəki birliklərə kömək məqsədli göndərildiyi öyrənilib.
Müxalifət.az