​Türkiyə hökumətindən təyyarə qəzası ilə bağlı açıqlama

Baxış sayı:
5461

Türkiyə Baş nazirinin müavini Ömər Bozdağ dünən İranda qəzaya uğrayan özəl təyyarə ilə bağlı açıqlama verib.
Muxalifet.az xəbər verir ki, Bozdağ qəza ilə bağlı hələ ki, dəqiq məlumatlara malik olmadıqlarını bildirib.
“Başaran Holdinqə məxsus özəl təyyarə təəssüf ki, İran sərhədləri daxilində qəzaya uğradı və təyyarədə olan ekipaj heyəti, sərnişinlər həlak oldu. Ölənlərə Allahdan rəhmət diləyirik. Yaxınlarının başı sağolsun. Həyatını itirənlərin cəsədləri tapılıb. Bununla bağlı araşdırmalar aparılır. Qəzanın səbəbi bəlli deyil. Olayla bağlı konkret məlumatlar qara qutunun araşdırılmasından sonra bəlli olacaq”, - deyə Bozdağ bildirib.
Xatırladaq ki, dünən İranda Başaran Holdinqə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 9 sərnişin və 2 ekipaj üzvü həlak olub.
Qəzaya ilkin səbəb kimi mühərrikin alovlanması göstərilir.