Türkiyə həmlə etdi! Əsəd əsgərləri qaçır

Baxış sayı:
3625

İdlibi mühasirə etməsi üçün Xama və Hələbin şimalında yerləşən rejim birliklərində qorxu və təlaş başlayıb. Türkiyənin regiona hərbi təhcizat daşıması, PKK, DHKP-C, Mukaveme Suriya və İran dəstəkli minlərlə milisin döyüşdüyü Əsəd cərgələrində çözülməyə səbəb olub. Suriyalı general Fuad Suad, 800-dən artıq milis və əsgərlərin cəbhədən qaçdığını bildirib.
 
QAZANAN TÜRKİYƏ OLDU
 
Hazırda İdlib Rayon Polisinin rəisi olan general-mayor Suad Fuad, Türkiyənin apardığı humanitar diplomatiyanın gəlinən nöqtədə uğurlu olduğunu və qazanan tərəfin "Qan tökülməsin" deyən Türkiyənin olduğunu bildirib. Fuad Suad bunları söyləyib: "Türk Ordusu və Türk siyasət ənənəsi, İdlib məsələsində uğurlu bir imtahan verdi. Davam edən hərbi təhcizat və sərhəddə cəmləşən hərbi güclər Suriya rejimini ciddi mənada qorxuya sövq etdi. Bu vəziyyət cəbhəyə də əks olunub. Bizim dinlədiyimiz simsiz və telefon danışıqlarında da bu təlaş əks olunur".
 
QARDAŞI QARDAŞA QIRDIRACAQ
 
"Rejimin Xama cəbhəsində Əbu Tofiq adlı bir polkovnikin, eyni cəbhədən bir kapitan ilə whatsapp yazışmasında olduqca maraqlı etiraflar var. Quru əməliyyatı keçirildiyi təqdirdə uduzacağıq deyən Əsəd zabiti, Dəraa və Gutadan gətirilənlərin ön xətlərdə yem olaraq istifadə edilməsini təklif edir. Bu planın arxa planında Əsədin qardaşı qardaşa qırdırma istəyinin durduğunu hamı görməlidir. Çünki, Dəraa və Gutadan on minlərlə insan İdlibə gəldi. Əsəd orada qalanları da İdlibə zorla gətirdi və bu insanların bir çoxu qohumdur. Suriyadakı “Baas” partiyası 1969-dan bu yana eyni taktika həyata keçirir, o da öz varlığını qorumaq məqsədilə qardaşı qardaşa qırdırmaqdır".
 
DƏMƏŞQDƏ KƏLLƏLƏR ALINACAQ
 
"Lazkiyədə yaxalanan terrorçunun göstərişi Suriya Kəşfiyyatından aldığını etiraf etməsi İdlib prosesinə yaxından təsir göstərir. Bəşşar Əsəd rejimi, MİT əməliyyatı ilə cinayət üstündə yaxalandı. Türkiyənin İdlib məsələsində yeritdiyi mekik diplomatiyası və beynəlxalq ictimaiyyətin bu səyə verdiyi dəstəyə paralel olaraq Reyhanlı qətliamının müqəssirinin Lazkiyədən alınaraq Türkiyəyə gətirilməsi Dəməşqi çətin vəziyyətə saldı. Bu uğurlu əməliyyat səbəbiylə Dəməşqdə bəzi kəllələr alınacaq və Türkiyənin bu zərbəsi ciddi bir iz buraxacaq. Digər bir tərəfdən isə Türkiyənin tezisləri Əsədin muzdlu qatili tərəfindən də təsdiqlənmiş oldu".
 
CƏBHƏLƏRDƏ REJİM ƏSGƏRLƏRİNİN ƏHVALLARI PİSDİR
 
Rejim adına regionda fəaliyyət göstərən Əbdürrəhman Rəfi adlı bir jurnalist, cəbhələrdə əhvalların xarab olduğunu, bir çox milis və əsgərin qaçmaq üçün fürsət axtardığını, mühasirə xəttində olanların böyük miqdarda müharibəyə hazır olmadığını yazıb. Əsəd tərəfdarı jurnalist, bölgəyə gətirilənlərin vuruşmaqdan çox, hava və quru bombardmanları ilə boşalan əraziləri qarət məqsədli cəbhəyə gələn milislərdən ibarət olduğunu qeyd edib.
Müxalifət.az