Türkiyə Futbol Federasiyasının prezidenti istefa verdi

Baxış sayı:
9712

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören istefa verdiyini bəyan edib.
Y.Demirören Türkiyənin totalizator şirkətlərində pay sahibi olmasının rəsmiləşməsi səbəbindən vzifədən istefa verdiyini bildirib. O, 7 illik federasiya prezidenti olduğu dövrdə ona dəstək olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana minnətdar olduğunu əlavə edib.
Qeyd edək ki, TFF-nin yeni prezidenti bu ilin iyun ayında seçiləcək. Həmin vaxta kimi Y.Demirörenin vəzifəsini müşaviri icra edəcək./Publika