​Türkiyə Fəratın şərqini BOMBALADI

Baxış sayı:
5242

Suriyanın şimalında YPG/PKK terror təşkilatının mövqeləri Türkiyə Silahlı Qüvvələri tərəfindən bombalanıb.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, zərbələr nəticəsində 4 terrorçu ölüb, 6-sı yaralanıb.
Türkiyə Silahlı qüvvələri Suriyada Fərat çayının şərq sahilində yerləşən Zor Mağar bölgəsində YPG/PKK terror təşkilatının mövqelərini bombalayıb.
Xatırladaq ki, oktyabrın 28-də terror təşkilatının mövqelərinə Türkiyə tərəfdən top atışları həyata keçirilib.
Bildirilir ki, bu zərbələr Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə anonsunu verdiyi əməliyyatın başlanması kimi qiymətləndirilə bilər. Rəcəb Tayyib Ərdoğan son olaraq bir neçə gün əvvəl vilayət başçılarının toplantısında Münbiçdə dağılan diqqətlərin yenidən toparlandığını və artıq Türkiyənin Fəratın şərqinə yönələcəyini söyləmişdi.
"Münbiçdə dayanmaqdansa, diqqətimizi və enerjimizi Fəratın şərqinə çevirməkdə qərarlıyıq. ABŞ Münbiç razılaşmasını bizi aldatmaq üçün alət kimi istifadə edir. Türkiyə buradan təhdid edilir, biz kimsəni təhdid etmirik. İŞİD-in bölgədə əməliyyatlar üçün bəhanə olaraq istifadə edildiyi ortaya çıxıb. İŞİD-ə verilən dəstəyin legitimləşdirilməsi üçün səylər davam edir", - Türkiyə lideri deyib.