Türkiyə Fələstinin səsi olacaq: ANKARA DİPLOMATİK HÜCUMA KEÇDİ

Baxış sayı:
4303

İsrailin dövlət terroruna qarşı Türkiyə Fələstinli məzlumların dünyadakı səsi olmağa davam edəcək. Qətliamdan sonra yas elan edən və hazırda sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatını İstanbulda fövqəladə toplantıya çağıran Türkiyə, dünya ictimaiyyətinin bu qətliama diqqətinin yönləndirilməsi üçün yenidən rəhbərlik edəcək.
 
İsrailin dövlət terroruna qarşı Türkiyə Fələstinli məzlumların dünyadakı səsi olmağa davam edəcək. Türkiyə rəhbərliyi beynəlxalq cəhdlərlə baş verən faciəni dünya gündəminə daşıyır. ABŞ prezidenti Trampın İsrailə cəsarət verməsi ilə mülki vətəndaşları qətlə yetirən terror dövlətinə qarşı sanksiya və təpkilərə Türkiyə liderlik edir. Türkiyə İsrailin mülki şəxslərə qarşı hücumlarından sonra bütün diplomatik kanalları hərəkətə keçirib. Prezident Ərdoğan, Türkiyənin hazırda sədri olduğu İslam Əməkdaşlıq Təşkilatını İslam dünyasını İsrailin hücumlarına qarşı birgə addım atmaları üçün cümə günü İstanbulda toplaşmağa dəvət edib.
Müxalifət.az