Türkiyə Ermənistanla sərhəddə hasar tikəcəkmi?

Baxış sayı:
25196

Türkiyə Ermənistan və Gürcüstanla sərhəddə hasar tikməyəcək, lakin bu ölkələrlə sərhədi elektron nəzarət sistemi ilə təchiz edəcək.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
“Düşünürəm ki, yaxın iki ay ərzində müvafiq addımlar atılacaq. Hələlik söhbət modul hasarın çəkilməsindən deyil, yalnız elektron təhlükəsizlik sistemindən gedir”, - deyən nazir əlavə edib ki, Türkiyə ilə İran arasında modul hasarın tikintisi işlərinin yarısı artıq yekunlaşıb.
Türkiyəli nazir qeyd edib ki, ölkənin Ağrı və Iğdır əyalətləri boyunca 144 kilometr uzunluğunda modul hasarın tikintisi həm terrorçuluqla mübarizə, həm də qaçaqmalçılığın və qeyri-leqal miqrasiyanın qarşısının alınması baxımından zəruri idi.