​"Türkiyə buna israr edərsə, ABŞ sazişdən imtina etməlidir"

Baxış sayı:
7792

Türkiyə S-400-dən əl çəkmədiyi müddətdə bu ölkəyə F-35 hərbi təyyarələri satılmamalıdır.
Muxalifet.az xəbər verir ki, bunu NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti bildirib.
"Türkiyə Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri almamalıdır. Mənim üçün ən uyğun tövsiyə Rusiya ilə birgə çalışan bir müttəfiqə hər hansı raket satmamaqdır. Əgər Türkiyə S-400 üçün israr edərsə, ABŞ 3.5 milyard dollarlıq "Patriot" raketləri ilə bağlı müqavilədən imtina etməlidir", - Skaparrotti qeyd edib.