Türkiyə bu böyük məsuliyyəti yerinə yetirdi

Baxış sayı:
4558

Anadolu Agentliyi, İdlibdəki müxalif və rejim əleyhdarı qüvvələrin, Rusiya-Türkiyə razılığı çərçivəsində, ağır silahlarını cəbhə xəttindən çəkmə prosesini bu gün başa vuracağını açıqlamışdı. Bu proses bu saatlara olan məlumata görə tamamilə yekunlaşıb.
 
 Azad Suriya Ordusuna (ASO) bağlı qruplarla yanaşı, rejim əleyhinə olan silahlı qruplar, Bəşşar Əsəd rejimi ilə cəbhə xətti sayılan sahələrdən raket və topları bölgədən çəkiblər.
 
SİLAHSIZ BÖLGƏNİN SƏRHƏDLƏRİ MÜƏYYƏNLƏŞİB
 
Rusiyanın xəbər agentliyi “Sputnik”-ə açıqlama verən Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin, Türkiyə ilə Rusiyanın İdlibdə silahsızlaşdırılmış bölgənin sərhədlərini müəyyən etdiyini söyləyib: "Silahsızlaşdırılmış bölgənin sərhədləri müəyyənləşdirilib. Türkiyə ilə Rusiya orduları arasında çox yaxşı əlaqələr, əməkdaşlıq və əlaqə təmin olunub. İki ordunun nümayəndələri razılıqdan sonra bir neçə dəfə bir araya gəlib."
 
İKİ LİDER ARASINDA RAZILIQ ƏLDƏ OLUNMUŞDU
 
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ilə prezident Rəcəb Tayyib Ərdoğan Soçidə keçirdikləri görüşdə İdlibdə silahsızlaşdırılmış zona yaradılması istiqamətində razılıq əldə etmişdilər.
Müxalifət.az