Türkiyə böhranı Trampa HƏDİYYƏ idi və... - Amerikalı iqtisadçı bütün gizli səbəbləri AÇIQLADI

Baxış sayı:
1363

“Rahib Bransondan sonra başlayan böhran 6 noyabrdakı erkən seçkilərdə Respublikaçılar Partiyasına bir hədiyyə oldu”.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Xarici İşlər Nazirliyinin sabiq baş iqtisadçısı Rodney D. Ludema Türkiyə medasına müsahibəsində deyib.
- Ankara ilə Vaşinqton arasında yaşananlar bir iqtisadi müharibənin başlanğıcına bənzəyirmi?
- Fikrimcə, yaşananlar genişmiqyaslı iqtisadi müharibə kimi görünmür, amma daha da kəskinləşmə potensialındadır. Mən də bir çox iqtisadçı kimi Türkiyədəki iqtisadi problemlərin uzun zamandır mövcud olduğunu düşünürəm. Ancaq prezident Trampın Türkiyə iqtisadiyyatını zədələməsi iddiası şişirdilib.
- Tramp gömrük vergilərini ikiqat artırmaq qərarını Ticarəti Genişlətmə Qanununun milli təhlükəsizliyin pozulmasından bəhs edən 232 saylı maddəsinə istinadən verdi. Qanun mübahisəlidir?
- Bu qanunun istifadə formasında tərəddüd edirəm. Bu qanun qəbul edilmə məqsədinə uyğun olmayan tipdə istifadə edilir. Amma bu da tipik Tramp yanaşmasıdır.
- ABŞ daha öncə polad tariflərini ticarətdə milli təhlükəsizlik məsələsi olaraq istifadə etdimi?
- ABŞ bu maddəni ölkəyə idxal edilən polad üçün ən son 2001-ci ildə istifadə etdi. Ancaq Dünya Ticarət Təşkilatı buna etiraz etdi. 2001-ci ildə qəbul edilən qərar daxili bazarı qorumaq üçün tədbir idi. Ancaq bu gün Tramp hökuməti DTT-də ilişəcəyini bildiyinə görə milli təhlükəsizlik maddəsini ortaya atıb. Adətən milli təhlükəsizlik maddəsi ortaya atılanda təşkilat geri çəkilir. Ancaq Tramp bunu keyfi necə istəyirsə, elə də istifadə edir. Türkiyənin poladı ABŞ üçün təhlükə deyil. Ancaq hökumət bəllidir ki, bu maddəni qısamüddətli hədəfi nədirsə, onun üçün istifadə edəcək. Görünən hələ ki, bu üsulla bir rahibi xilas etməkdir.
- Niyə rahib bu qədər əhəmiyyətlidir?
- Bu məsələ çox kritik bir dövrə təsadüf etdi. Əslində, yaşananlar erkən seçkilərdə respublikaçılara hədiyyə oldu. Amerikanın daxili siyasəti baxımından bu zaman əhəmiyyətlidir. Digər tərəfdən isə Tramp gələcəkdə Türkiyə ilə quracağı münasibətlərin alt qatını hazırladığını düşünür. Lakin Tramp dünya ticarət sisteminə zərər verir. Ehtiyacımız olan keçmiş üsullardakı diplomatiyamızdır. ABŞ və Türkiyə qarışıq toplumları olan iki ölkədir. Uzun müttəfiqlik tariximiz var.