Türkiyə BMT və İsveçrəyə nota verdi

Baxış sayı:
4807

Bilindiyi kimi, BMT rəsmi qaydada PKK terrorçularının nümayəndələri ilə görüş keçirib və görüşdə, uşaqların PKK/YPG hərbi sttrukturlarına cəlb olunmaması ilə bağlı sənəd imzalayıb. Bu, BMT tarixində ilk belə hadisədir ki, terrorçu təşkilatla rəsmi sənədin altına imzasını atır. PKK ABŞ və Avropa Birliyi tərəfindən terrorçu təşkilatı siyahısına salınıb və bu baxımdan, BMT-nin terrorçu bir təşkilatın nümayəndəsi ilə rəsmi sənədə imza atması onun legitim təşkilat kimi tanıması anlamına gəlir. O ki qaldı sənədə imza atan tərəfin PKK adı ilə deyi, PKK/YPG-nin təşkil etdiyi SDG adıyla imza atması, burada da mahiyyətcə dəyişən bir şey yoxdur. Çünki SDG-nin qondarma bir qurum olduğu və onun ABŞ tərəfindən PKK kölgəsini gizlətmək üçün yaradıldığını bilməyən yoxdur. Bundan başqa, Türkiyənin YPG-nin təşkil etdiyi SDG-nı da terror təşkilatı kimi gördüyünü də BMT bilməmiş deyil. Məhz bu baxımdan,Türkiyə PKK-lı terrorçularla sözdə hərəkət planının imzalandığı BMT Cenevrə Ofisinə və ölkəyə giriş icazəsi verən İsveçrə hökümətinə etiraz notası verib.
Müxalifət.az