Türkiyə aviasiyası daha 10 terrorçunu məhv etdi

Baxış sayı:
877

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Kandil dağı rayonunda yerləşən PKK terror təşkilatının obyektlərinə zərbə endirib, 10 yaraqlı məhv edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat Türkiyənin milli kəşfiyyat təşkilatının dəstəyi ilə həyata keçirilib.