Türkiyə Alman tanklarından qurtulur

Baxış sayı:
3643

Türkiyənin milli döyüş tankı “Altay”-ın kütləvi istehsalı ilə bağlı danışıqlar tamamlanıb.
 
Bu çərçivədə sabah SSB ilə BMC şirkərləri arasında 250 “Altay” tankının kütləvi istehsalı üçün müqavilə imzalanacaq.
 
Afrin hərəkatında tank polemikası
 
Qeyd edək ki, Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək və terrordan təmizləmək üçün Afrinə qarşı keçirdiyi “Zeytun Budağı” Hərəkatı zamanı, Almaniyadan alınan “Leopard” tanklarının istifadə olunmasına Avropa ölkələrinin qarşı çıxdığı və əməliyyatın bitirilməsi üçün çağırış etdiyi barədə iddialar ortaya atılmışdı. Məsələ ilə bağlı açıqlama verən Berlin rəsmiləri, “Leopard” tanklarının istifadə edildiyi barədə məlumatlarının olmadığını söyləmiş, iki ölkə arasında tank polemikası yaşanmışdı.
Müxalifət.az