Türkiyə Afrin əməliyyatı ilə ABŞ-ın əlini bağlayacaq: Hədəfdə HAVALİMANI VAR

Baxış sayı:
1069

Afrinə qarşı keçiriləcək əməliyyatda TSK-nin ilk məqsədlərindən biri ABŞ-ın əl-qolunu bağlayacaq Minniğ hava limanının alınması olacaq.
 
Türk Silahlı Qüvvələri, terror təşkilatı PKK/PYD-nin nəzarətində olan Afrinə "ildırım hərəkatı" ilə ağır zirehli qoşun və yüksək atəş gücünə əsaslanan bir taktika içində olacaq hazırlıqlarını tamamlayıb.
 
MÜNNİG HAVA LİMANI ƏLƏ KEÇİRİLƏCƏK
 
Suriya sərhədinə hərbi təhcizat daşımağa davam edən TSK, Afrindəki 6 terror düşərgəsini məhv edəcək və aparılan son hesablamalara görə, Azez şəhərinə 6 kilometr məsafədəki Münniğ hərbi hava limanı da ələ keçiriləcək. TSK Münnig hərbi hava limanını ələ keçirərək ABŞ-ın terrorçulara olan dəstəyini kəsməyi planlaşdırır.
 
ƏMƏLİYYAT 60-70 GÜN SÜRƏCƏK
 
Digər tərəfdən, bir həftə içərisində başlaması gözlənilən əməliyyatın 60-70 gün ərzində tamamlanacağı bildirilir.
Müxalifət.az