“Türkiyə ABŞ-a təzyiqi artırıb” – “Bloomberg” yazdı

Baxış sayı:
8314

ABŞ mərkəzli xəbər qurumu “Bloomberg” Türkiyənin ABŞ-a terror təşkilatı PKK/YPG-nin əlindəki ağır silahları toplaması mövzusunda təzyiq etdiyini yazıb. “Bloomberg” xəbərini adının çəkilməsini istəməyən bir üst səviyyə Türk təhlükəsizlik səlahiyyətlisinə istinad edib.
 
“Bloomberg”-ə danışan səlahiyyətli Türkiyənin ABŞ-dan Suriyada dəstəklədiyi PKK/YPG-li terrorçuları sərhədin 30-40 km cənubuna getmələrini təmin etmələrini, ayrıca YPG-lilərə tədarük etdiyi ağır silahları alaraq Türkiyənin nəzarətindəki təhlükəsiz bölgəyə gətirməsini istədiyini qeyd edib.
Türk səlahiyyətli ayrıca, YPG ilə "doğrudan təmasların olması ilə bağlı" iddiaların doğru olmadığını söyləyib.
Türkiyə ABŞ ilə davam edən görüşlərin nəticə vermədiyi təqdirdə, təhlükəsiz bölgəni əməliyyat keçirilərək yaradılacağını hər dəfə dilə gətirir.
Qeyd edək ki, Türkiyənin terror təşkilatı olaraq gördüyü YPG-ni, ABŞ İŞİD-a qarşı mübarizədə sahədəki ən əhəmiyyətli güc olaraq görür və ağır silahlarla təchiz edir.
Müxalifət.az