Türkiyə-ABŞ danışıqlarının ilk iclası NECƏ KEÇİB?

Baxış sayı:
1912

Türkiyə ilə ABŞ arasında, FETÖ ilə mübarizə, İraq və Suriya başda olmaqla, bir sıra məsələdə mövcud problemləri həll etmək məqsədilə yaradılan üç texniki komitədən biri olan Suriya komitəsinin ilk iclası başa çatıb.
 
Başlıca olaraq terrorla mübarizə məsələlərinin müzakirə olunduğu komitələrdən Suriya dosyesinə baxan nümayəndə heyətləri Vaşinqtonda ilk iclasını tamamlayıb.
 
TOPLANTI MÜSBƏT KEÇDİ
 
Diplomatik mənbələr görüşün müsbət keçdiyini və birgə işin davamının gələcəyini bildirib.
İki ölkə xarici işlər nazirlərinin gələcək həftələrdə bir araya gələcəyini bildirən mənbələr, toplantıda heyətlərin mövqelərini səmimi bir şəkildə ortalığa qoyduğunu qeyd ediblər.
Suriya üzrə danışıqlarda Türkiyə heyətinə xarici işlər nazirliyinin müşaviri Sədat Önal rəhbərlik edib.
20 nəfərdən ibarət ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avropa Avrasiya Məsələləri üzrə müşaviri Wess Mitçelin başçılıq etdiyi bildirilib.
ABŞ Xarici İşlər Nazirliyinin bu gün yazılı açıqlama verməsi gözlənilir.
 
PRİORİTET GÜNDƏM MÜNBİÇ
 
Suriya komitəsinin prioritet gündəmi, Türkiyənin Fərat çayının qərbindəki Münbiç rayonunu terror təşkilatı PYD/PKK-dan təmizlənməsi tələbi olub.
Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlu, münasibətləri normallaşdırmaq səylərində Münbiç probleminin prioritet kəsb etdiyini vurğulamışdı.
Müxalifət.az