Türkiyə 150 maşınlıq karvanla xüsusi təyinatlıları İdlibə göndərdi - GƏRGİNLİK ARTIR!

Baxış sayı:
3841

Türkiyə Silahlı Qüvvələri tərəfindən İdlibdəki nəzarət məntəqələrinə 150 maşınlıq hərbi karvanla xüsusi təyinatlılar və silah-sursat göndərilib.

Türkiyənin Milli Müdafiə Nazirliyi bugünkü açıqlamasında bildirmişdi: “Türkiyənin hər bir nəzarət məntəqəsi özünü qorumaq və lazımi qarşılığı vermək üçün kifayət qədər silah təminatına və qabiliyyətə malikdir”.

TSQ-nin xüsusi təyinatlılarının İdlibdə veriləcək hər bir tapşırığı yerinə yetirməyə hazır olduğu, əmr gözlədiyi bildirilir./Hurriyyet.org