Türkiyə 149 hədəfi VURACAQ

Baxış sayı:
612

Türkiyə, YPG-ni Afrində İHA və fiziki kəşfiyyatla 13 oktyabrdan bəri izləyir. 5 km geri çəkilən YPG, xəndəklər qazır. Əməliyyat öncəsi Türkiyənin 149 hədəfi havadan və artilleriya dəstəyi ilə vuracağı bildirilir. TSK, Türkiyənin müxtəlif hərbi birliklərindən ən xüsusi qüvvələrini bölgəyə göndərib.
 
Ankara ilə Moskva xəttində 15 dekabr tarixindən bu yana həyata keçirilən 7 görüşdə Afrin əməliyyatı məsələsində önəmli məsafənin qət edildiyi, ancaq Rus rəsmilərin YPG-dən sonra Afrinin necə idarə olunacağına dair Ankaradan bəzi planlaşdırmalar gözlədiyi iddia edilib. Diplomatik mənbələr, Rusiyanın, Afrindəki terror ünsürlərinə qarşı əməliyyat dan sonra regionun İdlib və ya Fərat Qalxanı proseduruna daxil edilməsinə isti baxmadığı, onun yerinə şəhərdə yerli bir idarəetmə və ya bölgənin Əsəd rejiminə təhvil verilməsini istədiyi bildirilir. Türkiyənin isə Afrinin, Rusiya ilə birlikdə razılaşdırılmış bir idarəçilik modeli ilə idarə edilməsindən yana olduğu irəli sürülür.
 
AFRİN 45 GÜNDÜR DİQQƏTLƏ İZLƏNİR
 
Türkiyənin 2017-ci il ərzində 3 dəfə Afrinə əməliyyat həyata keçirməyi planlaşdıranda texniki hazırlıqların başa çatmasına baxmayaraq, diplomatik kanallardan gözlənilən müsbət nəticələr vermədiyi üçün əməliyyatı təxirə saldığı qeyd olunub. Bölgədə olan Türk Silahlı Qüvvələrinin isə fiziki və havadan verdiyi görüntülü kəşfiyyat məlumatlarını analiz etmək üçün xüsusi əməliyyat mərkəzi ilə bölgədəki prosesləri son 45 gündən bu yana diqqətlə izləyir.
 
OKTYABRDAN BU YANA HAZIRLIQ GÖRÜLÜR
 
Afrinin hazırda şərq-qərb və şimal istiqamətdən tamamilə mühasirə edildiyi üçün mümkün əməliyyat prosesində terror təşkilatı YPG-nin rejim nəzarətindəki cənub-şərq istiqamətindən qaçacağına diqqət çəkilir.
 
BİRİNCİ MƏRHƏLƏ HAVADAN
 
Rusiya ilə aparılan diplomatik danışıqların artıq sona çatdığı bildirilir. Bu kontekstdə diplomatik və hərbi mənbələr Afrinin fiziki şərtlərini, PKK və YPG-nin regiondakı sabit və hərəkətli faktorlarını nəzərə alaraq əməliyyatın ilk mərhələdə havadan gerçəkləşə biləcəyini qeyd edir. Hava əməliyyatlarının 6 günlə məhdudlaşacağı bildirilir. Oktyabr ayından bu yana havadan və yerli faktorlar vasitəçiliyi ilə əldə edilən fiziki kəşfiyyata görə, sabit və hərəkətli 149 hədəfin havadan və həmsərhəd xəttindəki artilleriya birlikləri dəstəyi ilə vurulacağı ifadə edilir. Ancaq hərbi qaynaqlar, bu tip əməliyyatlarda quru qoşunlarının meydançaya girməsi ilə süpürmə hərəkatının aparıla biləcəyini deyir.
 
İKİNCİ MƏRHƏLƏ QURUDAN
 
İkinci mərhələdə isə fizik şərtlərin münasib olması səbəbindən Fərat Qalxanı zonasından və İdlib xəttindən əməliyyatın intensivləşəcəyi və döyüşlərin sıxlığına görə Türkiyə sərhəd xəttindən artilleriya atəşi ilə hədəflərin vurulacağı qeyd edilib. Hərbi mənbələr, şərq və qərb xəttindən keçiriləcək sıxışdırma hərəkatından sonra Türkiyə sərhəd xəttindən də əməliyyata dəstək gedəcəyini bildirirlər.
 
ÇUXURLAR QAZILIB
 
Afrindən gələn məlumatlara görə isə terror təşkilatı PKK/YPG-nin, Afrin şəhər mərkəzinin içində və şəhərin xarici qurşağını təşkil edən 9 regionda şərq və cənub-şərq rayonlarında olduğu kimi, xəndəklər qazdığını və təşkilatın münaqişələrin şiddətinə görə Afrindəki münaqişələri xəndək müharibəsinə keçirməyi planlaşdırdığı qeyd edilib. Digər tərəfdən, hərbi rəsmilərin bildirdiklərinə görə, təşkilatın bu həmləsinə qarşı şərq və cənub-şərq rayonlarında bu tip döyüşlərdə iştirak edən təcrübəli qoşunlardan istifadə ediləcək.
Əvvəlki gün TSK-nin Afrindəki YPG mövqelərinə qarşı həyata keçirdiyi qısa lüləli top atışlarından sonra təşkilat mənsublarının, xüsusilə fiziki şərtlərin ağır olduğu Karababa, Raco, Fırfır, Sorik, Adamo, Hırabısülük və Biloko regionlarından 5 km geri çəkildiyi öyrənilib.
 
"HAWK” RAKETLƏRİ AFRİNƏ YÖNƏLDİLDİ
 
Suriyanın Afrin rayonuna qonşu olan Hatay vilayətinin Kırıkhan rayonundakı 12-ci “Hawk” Batareya Komandanlığında olan və 40 kilometr mənzili olan çoxsaylı “Hawk” raket batareyasının lülələri Afrinə istiqamətləndirilib. Xəbərə görə, “Hawk” raketlərinin Afrinin Qude, Mamal Üshangi və Sadə bölgələrinə istiqamətləndiyi müşahidə edilir.
Müxalifət.az