“Turkish Airlines” ABŞ reklamından imtina etdi

Baxış sayı:
286

Türkiyənin milli aviadaşıyıcısı olan “Turkish Airlines” (Türk Hava Yoları) beynəlxalq avişirkəti ABŞ sanksiyalarına cavab olaraq Amerika şirkətlərinin reklamlarından imtina və onları boykot edib.
Bu barədə “Turkish Airlines” avişirkətinin mətbuat katibi Yəhya Üstün öz tvitter səhifəsində yazıb.
Üstün səhifəsində #ABDyeReklamVerme (ABŞ-a reklam vermə) heşteqi yerləşdirərək, digər türk şirkətlərini də bu aksiyaya qoşulmağa çağırıb. ““Turkish Airlines” olaraq dövlətimiz və millətimizin yanındayıq. Məsələ ilə əlaqədar (reklam) agentliklərimizə lazımi təlimatlar verilib.” – deyə, Yəhya Üstün bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da Ankaradakı çıxışı zamanı xalqı ABŞ istehsalı olan elektronika məhsullarını boykot etməyə çağırıb.