​Türk xalqından ORDUYA DƏSTƏK – Hər tərəf qırmızı-bəyaz...

Baxış sayı:
3018

Türkiyənin Suriya ilə həmsərhəd Hatay bölgəsində yerləşən Reyhanlının Oğulpınar məhəlləsi sakinləri Afrin əməliyyatı öncəsi türk ordusuna dəstək nümayiş etdirmək məqsədi ilə evlərini türk bayrağı ilə bəzəyiblər.
Muxalifət.az xəbər verir ki, sərhədə göndərilən tank və zirehli texnikanın keçdiyi ərazidə yerləşən evlərdən türk bayraqları asılıb.
 “Bu bayraqları əsgərlərimizə dəstək vermək üçün asmışıq və heç vaxt endirməyəcəyik. Əsgərlərimizin yanındayıq və istənilən dəstəyi verməyə hazırıq. Əsgərlər ərazidən keçərkən onlara bayrağımızı yelləyərək dəstək mesajı verməyə çalışırıq”, - Reyhanlı sakini Saleh Şanverdi deyib.
Qeyd edək ki, Türkiyə Afrində terror kolidorunun yarılması üçün əməliyyata hazırlaşır.