Türk tarixçidən şok açıqlama: PKK arxasında erməni barmağı..

Baxış sayı:
4696

Türkiyənin tarixçi müəllifi Cəzmi Yurtsevər PKK və erməni əlaqəsi ilə bağlı mühüm açıqlama verib. Yurtsevər "İllərdir ki, PKK terrorunun bitirilməməsinin əsas səbəbi arxasında erməni lobbisi və təşkilatlarının pul, silah və təbliğat dəstəyi olmasıdır" deyib.
PKK-nın siyasi qolu olan HDP-nin sözdə “erməni soyqırımı”nın Türkiyədəki bir nömrəli sözçüsü olduğuna diqqət çəkən Yurtsevər, "PKK 1976-ci ildə ermənilərin yaratdığı ASALA terror təşkilatının davamıdır. İllərdir ki, PKK terrorunun bitirilməməsinin əsas səbəbi, arxasında erməni lobbisi və təşkilatlarının pul, silah və təbliğat dəstəyinin olmasıdır" deyə söyləyib.
Müxalifət.az