Türk əsgərinə mesaj göndərdilər: Hazırıq!

Baxış sayı:
2167

Türkiyə, Fəratın şərqindəki terrorçuları təmizləmək üçün hazırlıqları başa çatdırıb. Sərhədə yaxın Eşmə kəndi ətrafında toplanan Azad Suriya Ordusu (ASO) qoşunları "Türk əsgəri ilə birlikdə döyüşə hazırıq" mesajı verib.
 
Suriyanın şimalında terrorçuların Fəratın şərqindən təmizlənməsi üçün başlanacaq hərəkat öncəsi Eyn əl-Arab və Tel Abyaddaki hədəflər vurulur. Mürşitpınardan Akçakaleye uzanan xətt boyunca 16 terrorçu öldürülmüş, onlarla da yaralanıb. Türk Silahlı Qüvvələri dünən də eyni xətt boyundakı terror hədəflərini top atəşi ilə vurub.
 
TƏCRÜBƏLİLƏR GƏLİR
 
Terrorçulara sərhədin o tayından edilən təcavüzlərə misli ilə qarşılıq verilməsi və 4 gündür davam edən top atışları, Fəratın şərqinə qarşı hərəkatın çox yaxınlaşdığını göstərir. Bu əməliyyata da eynilə Fərat Qalxanı və Zeytun Budağı Hərəkatlarında olduğu kimi, Türk əsgərini Azad Suriya Ordusu (ASO) hissələri müşayiət edəcək. Sərhədə yaxın bölgəyə bir müddətdir toplaşan müxaliflər, Eyn əl-Arab və Tel Abyad istiqamətinə doğru iki istiqamətdən başlaması gözlənilən hərəkat üçün gözləyirlər. Eşmə kəndinin Türkiyə tərəfində bir müddətdir ki, təlim görməkdə olan müxalif birliklər, dünən verdikləri fotoşəkillə "PKK-ya qarşı hazırıq" mesajı verib. Bu arada hərəkatda iştirak etmək istəyən və Zeytun Budağı, ya da Fərat Qalxanı hərəkatlarında iştirak etmiş ASO mənsublarının da adlarını təhlükəsizlik orqanlarına çatdırdıqları bildirilib.
 Müxalifət.az