Türk səfir FETÖ-çuların oyununu pozdu

Baxış sayı:
7582

Türkiyənin Qırğızıstandakı səfiri Çingiz Kamil Fərat Qırğızıstanda FETÖ-çu şəbəkənin hazırladığı yeni təxribat oyununu pozub.
 
Qırğızıstanın paytaxtı Bişkek Müftülüyü tərəfindən iftar proqramında dəvətli olaraq iştirak edən Çingiz Kamil Fərat, dəvətdə FETÖ-çu xain Orxan İnandanın da iştirak etdiyini görüb. Səfir Kılıç bu vəziyyətdən sonra “Terrorçularla eyni masaya otura bilmərəm” deyərək, iftar məclisini tərk edib.
 
SƏRT REAKSİYA GÖSTƏRDİ
 
 Çingiz Kamil Fərat proqramı tərk edərkən, "Biz burada 35 milyon dollara məscid inşa etdirək, siz də bizi terrorçularla eyni masaya oturdun. Siz buraya FETÖ terror təşkilatının başını necə çağırarsınız? Ramazandır indi. Ramazanda bu edilirmi? Ya Türkiyəni, ya da terror təşkilatını seçərsiniz. Mənim üçün müftülük bitmişdir. Türkiyə Cümhuriyyəti ilə terrorçunu eyni yerə qoyursunuz. Bu insan Müsəlman deyil. Mən indi prezidentə söyləyəcəyəm" deyib.
Müxalifət.az