Türk qırıcıları konvoyu bombaladı: QARAYILAN QAÇDI

Baxış sayı:
7063

PKK başçılarından Murad Qarayılan 16 fevralda Afrinə keçib, "Əsəd ilə razılaşdıq, buraya gəlib, bayraq qaldıracaqlar" - deyib. Anlaşmadan sonra Afrinə girmək istəyən 40 avtomobillik konvoy 22 fevralda TSQ tərəfindən məhv edilmişdi. Afrinli narkotik baronunun villasında qalan Qarayılan da vahiməyə düşərək oradan Hasekəyə qaçıb.
 
Gözdağı vermək üçün 16 fevralda Afrinə gələn Murad Qarayılan, 22 fevralda terror konvoyu vurulandan sonra vahiməyə düşərək gəldiyi yerə qaçıb.
Məlumata görə, PKK başçılarından olan Murad Qarayılan, fevral ayının əvvəlində ABŞ-ın nəzarətindəki konvoyla Suriya şimalında yerləşən Hasəkəyə gəlib. Qamışlı, Eyn İsa və Rəsul Ayında 4 gün qalan Qarayılan, 16 fevralda Münbiç-Hələb xəttini istifadə edərək Afrinə keçib. Afrinin mərkəzində qondarma kanton rəhbərləri ilə danışıqlar aparan Qarayılan, 19 fevralda Kefer Cenna bölgəsinə gedib. Terror təşkilatının Suriyadakı ən böyük hərbi düşərgəsinin yerləşdiyi Kefer Cennaya bütün məsul şəxsləri toplayan Qarayılan, "Əsəd rejimi ilə razılaşdıq, tezliklə buraya gəlib, bayraq qaldıracaq, ABŞ da bu prosesi dəstəkləyir, Türkiyənin bundan çox irəliləməsinə icazə verilmeyecek" deyib.
 
VƏ ÜMİDLƏRİN TÜKENİŞİ
 
Raqqa, Deyrizor, Hasəkə, Eyn əl-Arab və Rəsul Ayından toplanan döyüşçülərdən yaradılan terror dəstəsi, 20 fevralda Münbiçə gəlib. Avtobus, pikab və zirehli texnikalarla Afrinə getmək məqsədilə yola çıxan konvoya Hələbdə Əsədin Şebbihaları və İranın dəstəklədiyi Şiə milisləri də qoşulub. Terror dəstəsindən ilk 40 maşın, 22 fevralda Nubl-Zehradan keçərək Afrinə gedib. Ziyara kənd sərhədlərindən Afrinə yönələn konvoy, Türk Silahlı Qüvvələri tərəfindən havadan və qurudan vurularaq geri qayıtmağa məcbur edilib. Yanında 2 tank, 3 zirehli personal daşıyıcı, zenit, tanksavar və 57 millimetrlik top daşıyan konvoy avtomobillərinə Şiə qrupunun vımpelləri, PKK “bayraqları” və Əsəd rejiminin bayraqları asılıb. Türkiyənin müdaxiləsi ilə dayandırılan terror konvoyu, Afrində şouya hazırlaşan PKK başçılarının ümidlərini da puça çıxarıb.
 
QAÇIŞ TEL RİFATDAN OLDU
 
TSQ və ASO qoşunlarının Racodan sonra sürətlə irəliləməsi, Kefer Cenna terror təlim şəhərciyinin havadan və qurudan vurulması, terror cəbhəsində qorxu və təlaşa yol açıb. Kefer Cenna düşərgəsinin 400 metrliyində yerləşən PKK mənsubu Afrinli bir narkotik baronun super lüks villasında qalan Murad Qarayılan, Mahmud Berhudan və PKK sözçüsü Nuri Mahmud, topdan qida məmulatları satışında istifadə edilən yoldan istifadə edərək öncə Afrinə, oradan da Tel Rifat xəttinə keçirilib. Tel Rifata 2 kilometr məsafədəki Kefer Nashadan rejimin nəzarətindəki Miskana, oradan da Kındi-Handarat-Duvvar Cendul marşrutunu istifadə edərək Hələbə keçən Qarayılan, buradan yenidən Hasəkəyə qayıdıb. Afrinə Hələb-Nubl marşrutunu istifadə edərək girən PKK başçısı Murad Qarayılan, 22 fevraldan sonra Nublun TSQ tərəfindən sıx nəzarət altına alınmasından sonra yolunu dəyişərək Hələbə Tel Rifatdan üzərindən qaçıb.
 
ORADA GÖZDAĞI OLARAQ ŞOU GÖSTƏRƏCƏKDİ
 
“Yeni Şəfəq” qəzetinin məlumatına görə, PKK-nın iki nömrəli şəxsi olan Qarayılanı Afrindən Hələbə aparılmasında Əsəd rejiminin polkovniki Əbdürrəhman Cahcah müşayiət edib. 25 fevralda regionu tərk etdiyi güman edilən Qarayılan, Əsəd rejimi ilə varılan anlaşmaya paralel olaraq Afrin rayon mərkəzilə birlikdə rejim bayrağı qaldırılacaq regionlar arasındakı Kefer Cennada “KCK toplantısı” keçirməyi planlaşdırırdı. PKK-nın yüksək rəhbərliyinin bu planı, terror konvoyunun TSQ tərəfindən vurulması ilə pozulub. Qarayılanın, regiona gediş və qayıdışında Rusiya ordusunun bir polkovnikinin də dəstək verdiyi iddia edilir.
Müxalifət.az