​Türk Orusundan PKK-ya AĞIR ZƏRBƏ

Baxış sayı:
5332

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsinə təşkil etdiyi hava hərəkatında bölgədəki terrorçulara ağır zərbə endirib.
Muxalifət.az xəbər verir ki, hərəkat nəticəsində 89 PKK-lı terrorçu zərərsizləşdirilib.
Həmçinin, terrorçulara aid sığınacaq və düşərgə kimi istifadə edilən 13 mərkəz məhv edilib.
Qırıcılar Şırnak vilayətinin Cudi dağında təsbit edilən PKK-çıların zərərsizləşdirilməsi məqsədilə terrorçuların qaçış nöqtələrini bombalayıb. Hücum nəticəsində daha 4 terrorçu məhv edilib. Hərəkat bu bölgədə bu günə qədər PKK terror təşkilatına qarşı aparılmış ən genişmiqyaslı əməliyyat kimi dəyərləndirilir.