Türk ordusunun yeni silahı: "Eşşək arısı" - VİDEO

Baxış sayı:
3615

Türkiyə Silahlı Qüvvələri tərəfindən borbo beretlilərin tanıtım videosu hazırlanıb.
 
Videoda diqqət çəkən məqam xüsusi təyinatlıların işlətdiyi və TSK-ya yenicə daxil olan pilotsuz uçuş aparatıdır.
Uzunluğu 10 santimetr, eni isə 2,5 sm olan bu aparatın çəkisi 18 qramdır. "Eşşək arısı" ləqəbi almış aparatın üzərində 3 kamera var və 25 dəqiqə havada qalma gücünə malikdir.
Aparat terrorçularla mübarizədə çox əhəmiyyətli rol oynayır.
2010-cu ildə norveçli alim Proks Dinamiks tərəfindən hazırlanıb və ABŞ tərəfindən 2016-cı ildə 134 milyon dollara alınıb. Saatda 12 kilometr uça bilən bu aparatdan bugünədək 500 ədədi istehsal olunub. Rəsmi satış qiyməti 195 min ABŞ dollarıdır.