​Türk ordusundan qəfil hücum: Uverkan AZAD EDİLDİ

Baxış sayı:
6742

Türkiyə Silahlı Qüvvələri Afrinin şimal-şərqindəki Uverkan kəndini terrorçulardan azad edib.
Muxalifət.az xəbər verir ki, ani hücuma keçən türk əsgərləri əməliyyat zamanı kəndi terrorçulardan tam təmizləyib.
Qeyd edək ki, Əsəd qüvvələrinin Afrinə doğru hücuma keçməsi ilə bağlı məlumatlar yayıldıqdan sonra Türkiyənin “Zeytun budağı” əməliyyatının taleyi haqda müəyyən suallar yaranmışdı. Lakin sözügedən kəndin alınması göstərir ki, türk ordusu bölgədə antiterror əməliyyatlarına tam sürətlə davam edir.