​Türk ordusundan PKK-ya ağır zərbə - ƏMƏLİYYAT

Baxış sayı:
4033

Türk ordusunun Diyarbəkirin Licə mahalında 3 gün əvvəl başlatdığı “Bayraq-73 şəhid jandarma Osman Kaya-2” əməliyyatı başa çatıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Diyarbəkir valiliyindən informasiya yayılıb.
Əməliyyat nəticəsində terrorçular tərəfindən hazırlanmış partladıcı qurğular zərərsizləşdirilib. Bundan əlavə 2 sığınacaq, 1 müşahidə məntəqəsi və 15 mağara aşkarlanaraq məhv edilib.
Qeyd edək ki, valilik vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əməliyyatların davam etdiriləcəyini açıqlayıb.