Türk ordusunda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 52 əsgər xəstəxanada

Baxış sayı:
2905

Ankaranın Çankaya qəsəbəsində xidmət keçən 52 təcili xəstəxanaya aparılıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, General Şəfiq Erensu hərbi hissəsində xidmətdə olan əsgərlərin bəziləri martın 30-da axşam yeməyindən sonra özlərini narahat hiss ediblər.
Əsgərlər mədə bulanması şikayətindən dərhal sonra Atatürk Araşdırma Xəstəxanasına çatdırılıblar. Onların bir qisminin durumunun normallaşdığı və xidmətə döndüyü qeyd edilir.
Xəstəxana əsgərlərin hansı səbəbdən özlərini narahat hiss etməsinin səbəblərini araşdırır.