Türk ordusu əmir göndərdi:14 min nəfərlik ordu hazırlayın

Baxış sayı:
4558

Türkiyənin prezidenti Ərdoğanın Fəratın şərqinə əməliyyat işarəsi verdiyi zamanlarda TSQ tərəfindən Suriya ilə sərhədə yeni hərbi təhcizat daşınıb.
 
Uzun müddətdir ki, Fəratın şərqinə hərəkat istəyən Azad Suriya Ordusu(ASO) isə hazırlıqları dünən tamamlayıb. Hazırlanan 14 min nəfərlik gücün qabaqcıl birlik olub, bu rəqəmin əməliyyatın başlaması ilə birlikdə artacağı bildirilib. TSQ nəzdindəki desant və xüsusi təyinatlı qüvvələrə göstərişlər verilərək hərəkata qoşulanların ailələri ilə görüşərək xidməti yerlərinə getmələri tələb olunub.
 
ŞOK ZƏRBƏLƏR VURULACAQ
 
Sərhədə zirehli maşın, tank və personal daşımas həyata keçirilib. Hərəkatın ilk mərhələsində terror təşkilatı PKK/YPG-nin strateji nöqtələri vurulacaq. Ərazi kəşfiyyatı ilə müəyyən olunan mövqelər, keçid marşrutları, lojistik mərkəzləri və bağlantı nöqtələri əvvəl məhv ediləcək, sonra təmizlənəcək. Şok hərəkatla çox qısa müddətdə 100 kilometrlik sahə terrorçulardan təmizlənəcək.
 
BOMBALI HÜCUM XƏBƏRDARLIĞI
 
Hərəkatın Fəratın şərqi üçün çox strateji bir mövqeyi olan Tel Abyaddan başlaması gözlənilir. Tel Abyadın təmizlənməsi ilə Münbiçlə əlaqəsinin kəsiləcəyi, bununla da təşkilatın burada da qala bilməyəcəyi bildirilir. Əlavə olaraq həm ASO, həm də TSQ ünsürləri terror təşkilatının bombalı aksiyalarına qarşı xəbərdar edilib. Bombalı hücum əməliyyatlarını 5-6 dəfə artıran terror təşkilatı PKK-nın yeni hücumlar təşkil edəcəyi bildirilib.
 
ABŞ-a “uzaq durun” mesajı
 
Əməliyyat ərəfəsində bölgədəki ABŞ əsgərlərinə "regionunuzda qalın” deyiləcək. Pentagondan bölgədəki əsgərlərin koordinatları və PKK hədəflərindən uzaq durmaları tələb olunacaq.
Müxalifət.az