​Türk ordusu İNANILMAZI BACARDI: Afrində terrorçuların şok adyal hiyləsi

Baxış sayı:
4573

Türkiyə Silahlı Qüvvələrinin 8 əsgərinin son gülləsinə qədər vuruşub şəhid olduğu Kəltəpə ərazisində PKK/YPG terrorçularının xain planı üzə çıxıb.
Muxalifət.az xəbər verir ki, mövqeləeini bombardmandan qoruya bilməyən terrorçular əks hücuma keçmək və radarlardan gizlənməl üçün iki qatlı, yaş adyalların altında gizləniblər. Lakin onlar türk pilotsuz təyyarələrinin radarlarından yayına bilməyiblər.
Nəticədə ikinci dəfə hücuma keçmək istəyən 40-a yaxın terrorçu məhv edilib.
Raconun mərkəzini və kəndlərini PYD/PKK-dan təmizləyən Azad Suriya Ordusu təşkilatın qərbdəki müdafiə xəttini qıraraq bölgənin hakimiyyətini öz əlinə keçirib. Bölgədən PYD-yə aid çox sayda silah və sursatlar tapılıb, minaların təmizlənməsinə başlanılıb.