​TÜRK ORDUSU GÜCLƏNİR - BALANS DƏYİŞƏCƏK

Baxış sayı:
9784

Muxalifət.az xəbər verir ki, Müştərək Hücum Təyyarəsi proqramı çərçivəsində aralarında Türkiyənin də olduğu 10 ölkənin birləşərək ortaya çıxardığı F-35 hücum təyyarələrinin ilkinin 12 ay içərisində Türkiyəyə təslim edilməsi planlaşdırılır.
Amerika Müdafiə Nazirliyinin açıqlamasına görə, beşinci nəsil F-35 Lightning II təyyarələri özündən əvvəlki nəsil təyyarələrlə eyni vəsait hesabına başa gəlsələr də onlardan üstündürlər. Kanada Silahlı Qüvvələrinin keçmiş pilotu olan Billi Flayn F-35-ləri “bu gün səmada olan bütün təyyarələrdən daha güclü silah” kimi qiymətləndirib.
Türkiyə 100 belə təyyarə sifariş edib və artıq 30-nun gətiriləcəyi dəqiqləşdirilirb. Türkiyənin sifariş verdiyi təyyarələr F-35B adlanır və STOVL xüsusiyyətinə malikdir. Onlar qısa məsafədən havaya qalxa və dik şəkildə yerə enə bilirlər. Bu xüsusiyyət sayəsində 2012-ci ildə istifadəyə verilməsi planlaşdırılan və inşası “Tuzla Sədəf Tərsanəsi”ndə davam edən çox məqsədli amfibiya hücum gəmisi “TCG Anadolu”da da istifadə edilə biləcək.
F-35 layihəsində iştirak edən türk firmalarının qazanclarının 12 milyard dollar olması gözlənilir. Onlar təyyarələrin müxtəlif hissələrinin hazırlanmasında iştirak edəcəklər./Hurriyyet.org