​Türk ordusu dayanmır: üç kənd azad edildi

Baxış sayı:
3040

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində daha üç kəndi terrorçulardan təmizləyib.
Muxalifet.az xəbər verir ki, son əməliyyatlar zamanı Afrinin Fafretin, Bercke və Kebaşin kəndləri PKK/YPG terrorçularından azad edilib.
Qeyd edək ki, TSQ yanvarın 20-də Afrində əməliyyatlara başlamışdı. Martın 19-u şəhərin mərkəzinin terrorçulardan təmizləndiyi açıqlanıb.