Türk ordusu 27 PKK terrorçusunu zərərsizləşdirdi - ƏMƏLİYYAT

Baxış sayı:
8248

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında yerləşən Kərkük rayonunda daha 5 PKK terrorçusunu zərərsizləşdiriblər.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 27-yə çatıb.

Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.