​Türk ölkəsində böhran: UN, YUMURTA, ÇÖRƏK TAPILMIR

Baxış sayı:
633

Türkmənistanda əsas qida məhsullarının defisiti müşahidə edilir.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq radiosu”nun Türkmənistan bölməsi yayıb. Noyabr ayı ərzində Marınski və Axalski vilayətlərində unun iki dəfəyə qədər bahalaşdığı qeyd edilib. Nəticədə bölgə əhalisi defisitdən qorxaraq, aktiv şəkildə un almağa başlayıb. Dekabrın əvvəlindən etibarən isə bütün ölkə ərazisində un çatışmazlığı yaranıb. Artıq rayonlarda yaşayan əhali un üçün paytaxtdakı qohumlarına müraciət etməyə başlayıblar.
Son iki həftə ərzində ölkədə ucuz çörəyin dəyəri 1 manatdan 1,5 manata qədər artıb. Keyfiyyətli undan hazırlanan unun dəyəri isə 2 manatdan 3,5 manata qədər bahalaşıb.
Türkmənistanda mövcud olan dövlət mağazalarında yalnız 1 kiloqrama qədər toyuq budu alınmasına izn verilib. Bunun isə dəyəri 8 manat təşkil edib. Məhdudiyyətsiz şəkildə toyuq budunun yalnız özəl ticarət mərkəzlərində satıldığı vurğulanıb. Onların da dəyəri 10 manatdan başlayır.
Aşqabadda həmçinin yumurta kəsiri də yaranıb. Onun dəyəri 50% artıb. Dövlət mağazalarında yumurta yalnız yetkinlik yaşını keçmiş şəxslərə 30 ədəddən çox olmamaq şərti ilə satılır. Ticarətə polislər nəzarət edir. Onlar dükanlardakı növbələrin fotolarının çəkilməsinə izn vermirlər.
Türkmənistanda tərəvəz, meyvə, şirniyyat malları və uşaq geyimlərinin dəyəri də iki dəfə artıb.