​Türk komandoslar döyüşə girdi: BÜTÜN SUTKANI...

Baxış sayı:
3925

Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyaya göndərilən jandarma və polis xüsusi təyinatlı dəstələri əməliyyatlara qoşulub.
Jandarma və polis xüsusi təyinatlıları Afrində azad edilən ərazidə evlərin axtarışı, partladıcı və tələlərin aşkar edilərək zərərsizləşdirilməsi kimi tapşırıqları icra edib.
Azad edilən bütün kəndlərdə axtarış əməliyyatlarına davam edən xüsusi təyinatlılar həmçinin terror qruplaşmasının gecə saatlarında qəfil hücum təhlükəsini də nəzərə alaraq, 24 saat bölgədə keşik çəkir. Jandarma və polis xüsusi təyinatlılarının əməliyyata qoşulması ilə türk ordusunun Afrində irəliləmə sürətinin artacağı bildirilib.
Qeyd edək ki, türk ordusu və ASO-nun birgə keçirdiyi “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb./axar/