Türk generaldan sansasion açıqlama: “ABŞ-da Türkiyə pilotlarına düşmən kimi davranırlar”

Baxış sayı:
8197

S-400-lərin ilk təslimat prosesi Ankara Mürtəd Bazasında başladı. S-400 gətirilməsinə mane olmağa çalışan ABŞ ilə artıq sanksiya gərginliyi yaşanacağı bəllidir. ABŞ-ın sanksiyalar xaricində bir təhdidi də F-35-lərin Türkiyəyə verilməməsi ilə bağlıdır. Bu məsələlərə münasibət bildirən təqaüddə olan general Beyazıt Karataş Superhaber-ə açıqlama verib.
 
Beyazıt Karataş F-35-lə bağlı ABŞ-da təlim keçən Türk pilotlar haqda  diqqətçəkən fikir söyləyib. General Karataş xüsusilə F-35 təhsilləri üçün ABŞ-da olan Türk pilotlarının dərhal geri çağırılması lazım olduğu vurğulayıb. General bunu Türk pilotları ilə ABŞ-da düşmən kimi rəftar edildiklərini əsəs göstərərək deyib: “Pilotlarımıza artıq düşmən əsgəri kimi rəftar göstərirlər. S-400-lər gəldiyinə görə oradakı F-35-lə bağlı təlim keçən heyətimizi çəkməmiz lazımdır. Çünki onlara Rus əsgəri kimi davranırlar. Adamlarımızı əzdirməyə imkan vermək olmaz. Necə səfirimizi geri çağırırıq, eyni şəkildə pilotlarımızı çağırmamız lazımdır. Çünki adamlarımızı orada psixoloji təzyiq altına almağa çalışırlar".
 
General Karataşla olunan qısa söhbət belədir:
 
-S-400-lə bağlı Rusiyadan asılılıq mövzusunda bunu çox söyləyirlər: “Son qərar yenə Ruslara aid olacaq, Rusların istədiyi əməliyyatı edə biləcək, istəmədiyini edə bilməyəcəksən. Belə bir şey varmı”?
 
-“S-400-lərin əleyhinə olanların söylədiyi şeylərdir bunlar. Bütün mövzularda qərar Türk komandirlər tərəfindən veriləcək. Yalnız texniki yöndə dəstək veriləcək”.
 
-Texniki məsələ nə olacaq?
 
-“İstifadə ilə əlaqədar təhsillər davam edərkən, eyni zamanda, sistemin texniki zəmanəti var. Bunlar razılaşmanın içində vardır. Ruslar 2 və ya 5 il texniki məsləhətçilik edəcək. “Patriot” da alsaq eyni şeylər olacaqdı. SAMP-T alsanız da eyni şəkildə texniki heyət və təhsillərlə əlaqədar zəmanət müddəti boyunca burada adam saxlamaq məcburiyyətindədir şirkət. Unutmaq lazım deyil ki, bu bir ticarət razılaşmasıdır. Şirkətlə müqavilə bağlayırsan. Razılaşmanın zəmanət şərtləri və dövlət zəmanəti var. Ayrıca yeni heyət təhsilləri davam edəcək. Yeni öyrədiləcək heyətin vəzifəsini yetirə bilməsi üçün təhsiliylə əlaqədar məsləhətçilik edəcəklər. Ayrıca texniki baxım heyəti də olacaq. Onlar da sistemdə axsaqlıqlar olduğunda, sistemin yenidən çalışması üçün yardım edəcəklər”.
Müxalifət.az